Zəng arxitekturası
Müştəri WhatsApp-a zəng edir. RedLine nömrəni tanıyır və ağıllı qərar verir.
Ümumi axın
İstənilən şirkət RedLine-a qoşula bilər. Hər şirkətin öz WhatsApp nömrəsi, kontakt bazası və yönləndirmə qaydaları olur.
Müştəri │ │ WhatsApp zəngi ▼ RedLine │ ├─ Nömrəni tanıyır (CRM / kontakt bazası) │ ├─ Qərar │ ├─ Birbaşa bağlama → aidiyyatı şəxs / şöbə (SIP və ya telefon) │ ├─ AI söhbət → məlumat toplama → lazım olsa yönləndirmə │ └─ Departament → müştəri seçimi ilə şöbəyə yönləndirmə │ └─ Asterisk (səs / SIP)
Zəng necə işləyir
- 1
Müştəri şirkətin WhatsApp nömrəsinə zəng edir.
- 2
RedLine zəng edənin nömrəsini tanıyır — bazada varmı, VIP-dir, hansı teqlər?
- 3
AI qərar verir: birbaşa aidiyyatı şəxsə/şöbəyə bağlamaq, yoxsa əvvəl məlumat toplayıb sonra yönləndirmək.
- 4
Müştəri istədiyi departamenti də seçə bilər — zəng ora yönləndirilir (SIP softphone və ya telefon nömrəsi).
Mümkün nəticələr
- Birbaşa bağlama — Tanınmış müştəri dərhal aidiyyatı üzrə (məsələn menecer və ya satış) bağlanır.
- Məlumat + yönləndirmə — AI söhbət aparır, ehtiyacı öyrənir; lazım gələrsə zəngi insan operatora və ya şöbəyə ötürür.
- Departament seçimi — Müştəri satış, dəstək, təcili və s. seçir — RedLine seçilmiş hədəfə yönləndirir.
